logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pərvanə Qurbanova və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

04 fevral 2022, 16:20

Hörmətli cənab Prezident.

Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrının bütün müasir tələblərə cavab verən yeni binasının açılışına görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin Gəncə şəhərinə hər səfəriniz gəncəlilər üçün bir bayrama çevrilir. 2022-ci ilin əvvəlindəki səfər də biz teatr xadimləri üçün əsl bayram oldu. Açılışını həsrətlə gözlədiyimiz Gəncə Dövlət Dram Teatrının yeni binası bizim teatr sənətinə olan sevgimizi və məsuliyyətimizi daha da artırıb.

Əziz Prezidentimiz, Sizin müvafiq Sərəncamınız əsasında tikilib istifadəyə verilmiş teatr binası bizim hər birimizin sevincinə səbəb olub. Bu sevinc hissini bizə bəxş etdiyiniz üçün Sizə bir daha təşəkkür edir, “Çox sağ olun!” deyirik.

Hörmət və ehtiramla,

Qurbanova Pərvanə, Teatrın aktrisası, Xalq artisti

Cəfərov Novruz, Teatrın aktyoru, Əməkdar artist

Abbasov Elxan, Teatrın aktyoru, Əməkdar artist.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi