Vüqar Səmədovdan, Yevlax, Azərbaycan


01 fevral 2022, 18:55
Hörmətli cənab Prezident.
İlk növbədə, Azərbaycan xalqına tarixən qənim kəsilmiş erməni işğalçıları üzərində 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə Sizə şəxsən öz adımdan və ailəmin adından səmimi minnətdarlığımızı bildirirəm.
Siz ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir, bu məqsədlə mühüm sərəncamlar imzalayırsınız. Bu yaxınlarda Sizin sərəncamlarınızla əməkhaqlarının, təqaüdlərin, pensiyaların növbəti dəfə artırılması bizi bir daha sevindirdi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.
Əziz Prezidentimiz, Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Sizin daxili və xarici siyasətinizi bəyənir, dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.
Hörmətlə,
Səmədov Vüqar.
Azərbaycan Respublikası, Yevlax rayonu, Tanrıqulular kəndi