“Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Text size
24 yanvar 2022, 13:20
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” 2021-ci il noyabrın 18-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2021-ci il