21 yanvar 2022, 11:28

Anar Quliyevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi naftalanlılar adından salamlayıram. Bu məktubu yazmaqda məqsədim Sizə dərin minnətdarlığımı ifadə etməkdir.

Naftalanın tarixində dönüş mərhələsi 1970-1990-cı illərə təsadüf edir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərmişdir. Sonrakı dövrdə isə Sizin şəxsi təşəbbüsünüz və həyata keçirdiyiniz proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlməkdədir. Sizin yerli televiziya kanallarına müsahibənizdə söylədiniz "Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib" fikri həqiqətən də səhərimizə göstərdiyiniz yüksək diqqətinizin və qayğınızın bariz nümunəsidir. Bu, təbii ki, biz naftalanlıları çox sevindirir.

Bu gün Naftalan inkişaf edir. İnsanların əhval-ruhiyyəsi gündən-günə yüksəlir. Bizdə bu əminliyi, özünəinamı yaratdığınız üçün, çox sağ olun.

Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Quliyev Anar Nizami oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.