19 yanvar 2022, 12:29

Leyla Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli və möhtərəm cənab Prezident!

Mən, 1-ci dərəcə gözdən əlil olan Hacıyev Anar Fərhad oğlunun anasıyam. Ölkə vətəndaşlarının sosial problemlərinin həllinin tərkib hissəsi kimi, gözdən əlil vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına da diqqət göstərilir. Mənim oğlum da mənzillə təmin olunmuşdur. Oğlumun mənzillə təmin edilməsinə görə ailəmiz adından Sizə sonsuz təşəkkürümüzü bildirirəm.

Ailəmiz adından diləyirəm ki, bu xeyirxah əməllərinizin qarşılığını Allah Sizə artıqlaması ilə versin. 

Ömrünüz uzun olsun, cənab Prezident.

Hörmətlə,

Hacıyeva Leyla Şamxal qızı 

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.