18 yanvar 2022, 16:21

Məhəmməd Cəfərzadədən, Abşeron, Azərbaycan  

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Siz Qarabağı azad etməklə Azərbaycan tarixinə şanlı səhifə yazdınız. Qələbədən sonra xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğı, abadlıq-quruculuq işləri ilə bağlı verdiyiniz qərarlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. 

Mən ikinci qrup Qarabağ müharibəsi əliliyəm. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Həmin döyüşlərdə göstərdiyim şücaətlərə görə orden və medallarla təltif edilmişəm.

 Müharibə əlillərinin, şəhid ailələrinin, müharibə veteranlarının sosial rifahının yüksəldilməsi yolunda daim göstərdiyiniz diqqət və qayğı bir vətəndaş kimi məni də sevindirir.  Mən də bu yaxınlarda  Abşeron rayonunda yeni  mənzillə təmin olundum. 

Bu diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Siz daim xalqın, xalq isə Sizin yanınızdadır.

Allah Sizi qorusun!

Hörmətlə,

Cəfərzadə Məhəmməd Qurban oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu.