15 yanvar 2022, 13:28

Kuzeykent məktəbinin şagirdlərindən, Kastamonu, Türkiyə

Hörmətli cənab Prezident,

Biz Türkiyənin Kastamonu şəhərindəki Kuzeykent məktəbinin 4a ibtidai sinif şagirdləriyik. Dərslərimizin birində bir amerikalı uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubla bağlı mətni oxuduq və bu məktubdan ruhlanaraq bir dövlət başçısına məktub yazmağın maraqlı olacağını düşündük. Bütün siniflə birgə  Sizə - qardaş Azərbaycanın dövlət başçısına məktub yazmaq qərarına gəldik. 

Biz Azərbaycan xalqı ilə qardaşıq. Qardaşlar xoş günlərdə birlikdə sevinir, çətin anlarda isə bir-birinin yanında olurlar. Biz hamımız işğal olunmuş Qarabağ torpaqlarının azad olunmasına çox sevinirik. Sizin də meşə yanğınlarında bizə necə kömək etdiyinizi bilirik və buna görə Sizə təşəkkür edirik.

Dəyərli böyüyümüz, yaxın illərdə bir gün dost Azərbaycana gəlmək, xoş anlar yaşamaq istərdik. 

Hörmətlə və ən xoş arzularla,

E.Kansızoğlu,

T.Kırışoğlu,

E.Vahitoğlu,

B.Bezirci,

E.Topçu,

E.Yılmaz və başqaları, Kuzeykent məktəbinin 4-cü sinif şagirdləri.

Türkiyə Respublikası, Kastamonu şəhəri.