10 yanvar 2022, 11:31

Yusif Əliyevdən, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident,                                                     

Sizin Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasını tikdirməyiniz və Mehriban xanımla birlikdə yeni binada yaradılan şəraitlə tanış olmağınız dinimizə ehtiramınızın təzahürüdür.

Möhtərəm cənab Prezident, Siz, eyni zamanda, işğaldan azad edilmiş Qarabağda və bütün ölkə ərazisində tarixi, dini, mədəni abidələrimizi bərpa etdirir, yenidən qurursunuz. Siz böyük quruculuq işləri görürsünüz. Gördüyünüz bütün işlərinizlə ulu öndərimiz Heydər Əliyevin yolunu şərəflə davam etdirirsiniz.

Cənab Prezident, biz Sizinlə fəxr edirik. Seyid Lazım Ağa ocağının nümayəndələri Sizin üçün Allah-Təalaya dualar edirlər. Allah köməyiniz olsun. Amin!

Seyid Lazım Ağa ocağının nümayəndələri adından hörmətlə,

Əliyev Yusif Məhəmməd oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.