10 yanvar 2022, 13:33

Hüseynağa Kamizadədən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin və dərin ehtiram bəslədiyimiz Mehriban xanımın Lahıca və qəsəbə sakinlərinə göstərdiyiniz qayğı və sevgi danılmaz və ölçüyəgəlməzdir. Qısa müddət ərzində Dəmirçi-Lahıc avtomobil yolunun salınması, Lahıc qəsəbəsində yeni orta məktəbin inşası, əhalinin mavi yanacaqla təmin edilməsi Sizin müstəsna xidmətlərinizdəndir.

Bu ilin noyabr ayında Sizin və Mehriban xanımın rayonumuza səfəriniz zamanı qəsəbəmizdəki  Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olarkən yenidən Sizinlə görüşmək şərəfinə nail oldum. Görüş zamanı Sizdən oğlumun işlə təmin olunması barədə xahiş etdim. Qısa zaman kəsiyində oğlum işlə təmin olundu. Buna görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirir, cansağlığı və işlərinizdə yeni uğurlar arzulayıram. 

Hörmətlə, 

Kamizadə Hüseynağa

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.