08 yanvar 2022, 16:27

Ceyhun İbrahimlidən, Şirvan, Azərbaycan

 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan gündən-günə çiçəklənir və gələcəyə inamla addımlayır. Biz gənclər Sizinlə qürur duyuruq və Sizin siyasətinizi dəstəkləyirik. Sizin rəhbərliyinizlə torpaqlarımız erməni işğalından azad olundu, xalqımıza edilən zülmün qarşısı alındı, Vətən torpaqları azadlığa qovuşdu. Biz daim Sizin yanınızdayıq. Sizə daha böyük zəfərlər, qələbələr arzulayırıq.

Hörmətli cənab Prezident, Ulu Öndərimizin layiqli davamçısı olaraq, xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar diləyir, şirvanlılar adından “çox sağ olun!” deyirəm.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

İbrahimli Ceyhun Fariz oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.