08 yanvar 2022, 13:14

Aybəniz Axundovadan, Cəlilabad, Azərbaycan

 

Hörmətli və qayğıkeş Prezidentimiz.

Bu məktubu yazmaqda məqsədim Sizə dərin minnətdarlığımı ifadə etməkdir.

Mən aztəminatlı ailənin üzvüyəm. Üzləşdiyim problemin həllinə kömək göstərilməsi üçün bir neçə gün bundan əvvəl müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verildi və sosial problemlərim aradan qaldırıldı. Bunu qeyd etməyi borc bilirəm ki, özüm işlə, nəvəm Damla geyimlə təmin olundu və uşaq bağçasına qəbul edildi. İndi nəvəmin üzü gülür və mən də nəvəmin xoş gününü görüb çox sevinirəm. Eyni zamanda, digər problemlərimin də həllinə kömək göstərildi. İşlə təmin olunduğum üçün bundan sonra ailəmin qayğısına qala biləcəyəm.

Hörmətli cənab Prezident, Yeni il ərəfəsində bizi sevindirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Siz ki, məni sevindirdiniz, Allah da hər zaman Sizi sevindirsin.

Hörmətlə,

Axundova Aybəniz.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Göytəpə şəhəri.