08 yanvar 2022, 11:11

Fuad Əliyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2022-ci il münasibətilə Sizi Gəncə ziyalıları adından səmimi qəlbdən təbrik edirik.

Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, ölkəmiz sürətlə inkişaf etməkdədir. Müzəffər və qalib Azərbaycanımızın müdrik rəhbəri kimi həyata keçirdiyiniz uğurlu siyasət dahi Nizaminin yurdu Gəncə şəhərində də səmərəsini verir.

Möhtərəm cənab Prezident, Sizin Sərəncamınızla “Nizami Gəncəvi İli” elan edilmiş 2021-ci ildə Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş tədbirləri ölkəmizin elmi, mədəniyyəti ilə dünyada tanıdılmasında yeni səhifə açmışdır.

Gəncənin elmi ictimaiyyəti və ziyalıları adından yeni 2022-ci il münasibətilə Sizi təbrik edir, ölkəmizin tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, möhkəm cansağlığı diləyirik.

Yeni iliniz xoş müjdələrlə gəlsin!

Gəncə Şəhər Ziyalılar Cəmiyyətinin üzvləri adından hörmətlə,

Əliyev Fuad Yusif oğlu, akademik

Yusifli Xəlil Həmid oğlu, professor

Əliyeva Minayət Behbud qızı

Bayramov Azad Mustafa oğlu

Hüseynov Nüsrət Qənbər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.