07 yanvar 2022, 17:48

Xalid Qurbanov və başqalarından, Gəncə, Azərbaycan


Möhtərəm cənab Prezident.

Gəncə şəhər ağsaqqalları adından Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirik.

Biz ağsaqqallar qürur hissi ilə bildiririk ki, 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımızı cəmi 44 günə azad etməklə adınızı Azərbaycan tarixinə yenilməz Sərkərdə kimi həkk etmisiniz. Bununla da Siz ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmisiniz. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın hər bir bölgəsi kimi, qədim Nizami yurdu Gəncə şəhəri də gündən-günə gözəlləşir və inkişaf edir. Bu da Sizin apardığınız ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir.

Biz, Gəncə ağsaqqalları Sizi əmin edirik ki, bundan sonra da müdrik siyasətinizi dəstəkləyəcək və xalqımızın rifahı naminə var qüvvəmizi əsirgəməyəcəyik.

Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi müdrik və qətiyyətli Prezidenti var. Sizə və ailənizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Hörmətlə,

Qurbanov Xalid, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor

Nəcəfov Nurəddin, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini

Hüseynova Xəzangül, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi

Məmmədov Siyasət, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü, professor

Nəbiyev Əhəd, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü, professor

İmanov Mobil, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü, professor.

Azərbaycan Respublikası, Gəncə şəhəri.