07 yanvar 2022, 15:38

Hilal Əzizovdan, Quba, Azərbaycan


Hörmətli cənab Prezident.

Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmiz inkişaf və tərəqqi yolu ilə inamla irəliləyib. Vətən müharibəsindən dərhal sonra Sizin verdiyiniz tapşırıqlara əsasən, işğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq işləri görülür, şəhər və rayonlarda müharibə zamanı dəymiş ziyan sürətlə aradan qaldırılır, eyni zamanda, respublikamızın digər bölgələrində abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Bütün bunlar Sizin qətiyyətinizi, möhkəm iradənizi, həmçinin ölkəmizin iqtisadi qüdrətini bir daha əyani şəkildə nümayiş etdirir.

Yaşadığım Quba rayonunda əsaslı təmir olunan Olimpiya İdman Kompleksi, açılışını etdiyiniz “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsi və Quba-Qonaqkənd avtomobil yolu da bu işlərin tərkib hissəsidir.

Cənab Prezident, ölkəmiz və doğma rayonum Quba üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizin kölgənizi başımız üzərindən əskik etməsin. Bundan sonra da uzun illər ölkəmizə rəhbərlik edəsiniz. Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm. Yolunuz hər zaman uğurlu olsun.

Hörmətlə,

Əzizov Hilal.

Azərbaycan Respublikası, Quba şəhəri.