Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə
31 dekabr 2021, 15:00
Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Kuba əlaqələrinin inkişafı məmnunluq doğurur. COVID-19 pandemiyası ilə əlaqədar ölkələrimizin səmərəli əməkdaşlığını xüsusilə qeyd etmək istəyirəm.
İnanıram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək, BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2021-ci il