“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
30 dekabr 2021, 14:14
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; 2017, № 5, maddələr 696, 711, № 7, maddə 1295, № 11, maddə 1959; 2018, № 7 (I kitab), maddə 1407, № 10, maddə 1973, № 11, maddə 2233; 2019, № 1, maddə 24, № 6, maddə 1002) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.8-ci və 5.1.1-ci maddələrdə “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilsin;
1.2. 6.1.1-ci maddədən “lotereya və idman mərc oyunları təşkilatçıları,” sözləri çıxarılsın və həmin maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 6.1.1-2-ci maddə əlavə edilsin:
“6.1.1-2. lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları üçün – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);”.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2021-ci il