“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
30 dekabr 2021, 14:10
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2 (I kitab), maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12 (I kitab), maddə 2523; 2019, № 7, maddə 1208, № 8, maddə 1372; 2020, № 5, maddə 525; 2021, № 6 (I kitab), maddə 559, № 7, maddə 719) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci maddədə “1.2–1.4-cü” sözləri “1.2–1.6-cı” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 1.6-cı maddə əlavə edilsin:
“1.6. Lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan müqavilə əsasında idarəetməyə verilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində idarəetmə müqaviləsində müəyyən olunan qaydada həyata keçirilir.”.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2021-ci il