“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
29 dekabr 2021, 19:35
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558) aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulanın ikinci hissəsi ləğv edilsin;
1.2. 2.3-cü maddəyə “nəzərdə tutulduğu hallar” sözlərindən sonra “və bu Qanunun 2.6-cı maddəsi” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 2.6-cı maddə əlavə edilsin:
“2.6. Bu Qanun sosial sığorta və dövlət icbari şəxsi sığorta münasibətlərinə şamil edilmir.”.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2021-ci il