“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
29 dekabr 2021, 17:59
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 142; 2002, № 6, maddə 328; 2004, № 7, maddə 505; 2006, № 12, maddə 1033; 2007, № 1, maddə 4; 2010, № 5, maddə 386; 2011, № 2, maddə 71, № 12, maddə 1086; 2012, № 2, maddə 62; 2013, № 5, maddə 466, № 7, maddə 796; 2016, № 2 (I kitab), maddə 198; 2017, № 12 (I kitab), maddə 2264; 2018, № 10, maddə 1981, № 11, maddə 2215; 2019, № 8, maddə 1385) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. üçüncü hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.”;
1.1.2. dördüncü hissəyə “vətəndaş” sözündən sonra “və ya vəsiqə sahibinin qanuni nümayəndəsi” sözləri əlavə edilsin;
1.1.3. beşinci hissənin ikinci cümləsinə “onun sahibi” sözlərindən sonra “və ya vəsiqə sahibinin qanuni nümayəndəsi” sözləri əlavə edilsin;
1.2. 3-cü maddənin ikinci hissəsinin beşinci abzasında “soyadı və adı” sözləri “soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri)” sözləri ilə əvəz edilsin;
1.3. 4-cü maddə üzrə:
1.3.1. birinci hissənin birinci cümləsinə “hər bir vətəndaşının” və “tərəfindən vətəndaşın” sözlərindən sonra “və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin” sözləri və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.”;
1.3.2. üçüncü hissəyə “vətəndaş” sözündən sonra “və ya onun qanuni nümayəndəsi” sözləri, “vəsiqəni verən orqana” sözlərindən sonra isə “özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə” sözləri əlavə edilsin;
1.3.3. dördüncü hissə yeddinci hissə hesab edilsin və aşağıdakı məzmunda dördüncü-altıncı hissələr əlavə edilsin:
“15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.
15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir.”;
1.4. 6-cı maddənin ikinci hissəsinin birinci cümləsinə “cəzaya məhkum olunmuş” sözlərindən sonra “, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş” sözləri və “cəzanı icra edən orqanlar” sözlərindən sonra “və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi” sözləri, ikinci cümləsinə isə “dərhal sahibinə” sözlərindən sonra “və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə” sözləri əlavə edilsin;
1.5. 8-ci maddəyə “vətəndaşdan” sözündən sonra “, qanuni nümayəndəsindən, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən” sözləri əlavə edilsin;
1.6. 9-cu maddə ləğv edilsin.
Maddə 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 470, № 12, maddə 1501; 2015, № 6, maddə 682; 2016, № 2 (I kitab), maddə 199, № 12, maddə 2026; 2017, № 12 (I kitab), maddə 2241; 2018, № 7 (I kitab), maddə 1433; 2019, № 8, maddə 1385) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci maddə ləğv edilsin;
2.2. 2-ci maddədən “1.1.1-ci maddəsi 2022-ci il yanvarın 1-dən,” sözləri çıxarılsın.
Maddə 3. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 475, № 12, maddə 1505; 2015, № 6, maddə 682; 2016, № 11, maddə 1757; 2017, № 1, maddə 28, № 12 (I kitab), maddə 2241; 2018, № 7 (I kitab), maddə 1433; 2019, № 8, maddə 1385) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci maddə ləğv edilsin;
3.2. 2-ci maddədə “1.1-ci maddəsi 2022-ci il yanvarın 1-dən, 1.2-ci maddəsi isə” sözləri “1.2-ci maddəsi” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1317-IVQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1083; 2019, № 8, maddə 1385) ləğv edilsin.
Maddə 5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1468-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 371, № 8, maddə 1385) ləğv edilsin.
Maddə 6. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1469-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 372, № 8, maddə 1385) ləğv edilsin.
Maddə 7. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1666-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1385) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2021-ci il