İlham Əliyev Niderland Krallığının ölkəmizdəki səfirini qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
09 avqust 2010, 15:37
Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoornu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə ölkəmizlə Niderland Krallığı arasında əlaqələrin həm ikitərəfli münasibətlər səviyyəsində, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanmış, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur.
Dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulamışdır.