logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyasının Tıva Respublikasının Karate Federasiyasının prezidenti Çingiz Əliyevdən

Text size icon-size icon-size

28 dekabr 2021, 17:47

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Altmış illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və firavanlıq arzulayıram.

Siz Prezident olaraq Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafına çox böyük töhfə vermisiniz. Ölkəmizdə əmin-amanlığın qorunub saxlanmasında və dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərmisiniz. Biz - Rusiya Federasiyasının Tıva Respublikasında yaşayan azərbaycanlılar vətənimiz Azərbaycanla fəxr edirik. Vətənimiz və onun rəhbəri, yəni, Sizin haqqınızda xoş sözlər eşitmək bizi çox sevindirir.

Möhtərəm Prezident, Sizə dərin minnətdarlığımı bildirir, doğma Azərbaycanımızın daha da inkişafı üçün səmərəli işlərinizdə uğurlar arzu edirəm.

Yubileyiniz mübarək, möhtərəm Prezident!

Hörmətlə,

Çingiz Əliyev

Rusiya Federasiyasının Tıva Respublikasının Karate Federasiyasının prezidenti,

Respublika paytaxtının yerli qanunvericilik

məclisinin - Ali Xuralın deputatı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi