Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü Ceyhun Cəfərovdan
28 dekabr 2021, 12:43
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, Rusiya Federasiyasının Beynəlxalq Hüquqşünaslar İttifaqının Krasnoyarsk vilayəti üzrə nümayəndəliyi adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.
1993-cü ildən bu günə qədər bütün dünya və mütərəqqi bəşəriyyət Azərbaycan Respublikasının siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə əldə etdiyi misilsiz tərəqqinin şahidi olmuşdur.
Seçdiyiniz siyasi kurs Azərbaycan vətəndaşlarının həyatının daim yaxşılaşdırılmasına yönəlib.
Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində yaşayan və işləyən azərbaycanlı, Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü və Krasnoyarsk vilayəti üzrə rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü olaraq, Sizin - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası və əzəli tarixi Qarabağ torpaqlarının azad olunması istiqamətində qazandığınız böyük Qələbəmizə görə Zati-alinizə dərin minnətdarlığımı ifadə edir və qürur hissi keçirdiyimi bildirirəm.
Bütün dünya üçün bu böyük Qələbə Sizin xalqa, Vətənə - Azərbaycana olan fədakar məhəbbətinizin daha bir danılmaz sübutu oldu.
İcazə verin, Sizə səmimi qəlbdən cansağlığı və uzun ömür arzulayım.
Hörmətlə,
Ceyhun Cəfərov
Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq
Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü,
Krasnoyarsk vilayəti üzrə rəhbəri