logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Simran Əlizadə, Rəfiqə Ağayeva və Sürayə Məmmədovadan, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

29 dekabr 2021, 12:01


Çox hörmətli cənab Prezident,

Siz avtomobil yollarının təmir-bərpası işlərinə hər zaman böyük önəm vermisiniz. Kənd yollarının təmir-tikintisi də bu işlər içərisindədir. Bu iş kənd və qəsəbələrin inkişafında, əhalinin narahatlığının aradan qaldırılmasında mühüm rol oynamaqdadır.

Cəlilabad rayonunun Şiləvəngə-Adnalı avtomobil yolunun çəkilməsinə başlanılması bizim Şiləvəngə kəndinin sakinlərinə hədsiz sevinc bəxş etmişdir. Əminik ki, bu yol istifadəyə verildikdən sonra sakinlərin güzəranı daha da yaxşılaşacaq.

Möhtərəm Prezident, işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işlərinin aparıldığı bir vaxtda kəndimizin yolunun çəkilməsinə göstəriş verildiyi üçün Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Allah gələcək işlərinizdə də Sizə kömək olsun. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Əlizadə Simran,

Ağayeva Rəfiqə,

Məmmədova Sürayə.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şiləvəngə kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi