“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən
27 dekabr 2021, 19:29
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuruq. Bizə Zəfər bəxş etdiyinizə, dövlətimizin layiqli başçısı, Ali Baş Komandanı kimi hər bir azərbaycanlıya qürur və şərəf hissləri yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Biz fəxr edirik ki, Siz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoymaqla BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra edərək ikili standartları zərərsizləşdirdiniz. Sizin gördüyünüz işlər bütün türk dünyasında qürur hissi ilə qarşılanır.
Əziz və çox hörmətli Prezident, Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Azərbaycan xalqının milli birliyinin, regionumuzda sülhün təmin olunması istiqamətində faydalı fəaliyyətinizə görə təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq.
Dərin hörmətlə,
Arif Quliyev
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri,
hüquq elmləri doktoru, professor,
Ukraynanın Əməkdar təhsil işçisi,
Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki