Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Sellapan Ramanatana
Text size


07 avqust 2010, 14:33
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi üçün imkanlar açacaqdır.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 iyul 2010-cu il