logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Cəlilabadda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Text size icon-size icon-size

31 iyul 2012, 14:30

Prezident İlham Əliyev Lənkərana səfərini başa çatdırdıqdan sonra Cəlilabad rayonuna gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi