Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakdan
25 dekabr 2021, 18:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikası dinamik inkişaf edir, dövlətlərimiz isə uzun illər boyu strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirir. Bu münasibətlərin əsasını Rusiya və Azərbaycan xalqları arasında əsl dostluq və mehriban qonşuluq əlaqələri təşkil edir.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uğurlar, tükənməz enerji, Azərbaycan Respublikasına və onun vətəndaşlarına sülh və firavanlıq diləyirəm.
Ən xoş arzularla,
Dmitri Kozak
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini