logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

Text size icon-size icon-size

28 iyul 2012, 15:40

Əlahəzrət,

Əziz qardaşım,

Mərakeşin milli bayramı – Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın yekdil iradəsinə uyğun olaraq Azərbaycan ilə Mərakeş arasındakı möhkəm dostluq münasibətlərinin qorunub saxlanması, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 iyul 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi