logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ümid Partiyasının sədri İqbal Ağazadədən

Text size icon-size icon-size

24 dekabr 2021, 10:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Rəhbərlik etdiyim Ümid Partiyası və şəxsim adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, ailə səadəti, cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətli Ali Baş Komandan, 44 günlük Vətən savaşı və bu müharibədə xalqımızın vəhdəti, ordumuzun şücaəti, Ali Baş Komandan kimi qətiyyətiniz tariximizin şanlı səhifəsidir. Əminəm ki, dövlət sərhədlərimizin bərpası və torpaqlarımızın işğaldan azad edilməsi milli birliyimizin qorunmasında və problemlərin həllində əlavə stimul olacaq, ümummilli məsələlərdə hər zaman hamılıqla bir yerdə olacağıq.

Möhtərəm cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, xoş arzularımı çatdırıram.

Dərin hörmətlə,

İqbal Ağazadə

Ümid Partiyasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi