logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdən

Text size icon-size icon-size

24 dekabr 2021, 10:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Əlamətdar 60 illik yubileyiniz münasibətilə Sizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.

Cənab Prezident, bu il Azərbaycan müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdi. Bu 30 ilə yaxın müddətdə xalqımız böyük, ümummilli problemlə, torpaq həsrəti ilə yaşayırdı - işğalda olan Qarabağ torpağı həsrəti ilə.

Azərbaycan əsgəri, xalqı Sizin Ali Baş Komandan kimi "İrəli!" əmrinizi gözləyirdi. Azərbaycan əsgəri 2020-ci il sentyabrın 27-də bu əmri alaraq torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin qisası alındı, onların ruhları şad oldu.

Zəfər Günü ilə Siz təkcə qarabağlıları yox, bütün Azərbaycan xalqını, dünya azərbaycanlılarını sevindirdiniz.

Hörmətli cənab Prezident, Azərbaycan Liberal Demokrat Partiyasının üzvləri adından və öz adımdan Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirəm.

Tanrı Azərbaycan dövlətini və xalqını qorusun.

Hörmətlə,

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi