Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 dekabr 2021, 10:48
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident,
Sizi - Azərbaycan xalqının liderini, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısını, müzəffər Ali Baş Komandanı 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.
Cənab Prezident, Siz müstəqil Azərbaycanımızın güclənməsi, inkişaf etməsi, dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün sözün gerçək anlamında böyük fədakarlıqlar göstərmisiniz. Bu gün ölkəmizdə demokratiyanın ən yüksək səviyyədə bərqərar olması, iqtisadiyyatımızın çiçəklənməsi, vətəndaşlarımızın rifahının günü-gündən yüksəlməsi və ən nəhayət, doğma Qarabağımızın azad olması birmənalı şəkildə Sizin yürütdüyünüz düzgün və məqsədyönlü siyasətin nəticəsidir.
Siz 44 günlük Vətən müharibəsində bir daha əsl lider, böyük strateq və qəhrəman olduğunuzu sübut etdiniz. Sayənizdə tam olduq, bütöv olduq. Sayənizdə biz artıq Şuşaya, digər əzəli torpaqlarımıza ayaq basa bilirik, Qarabağa qovuşmağın qürurunu yaşayırıq, Azərbaycanın dövlətçilik tarixində ən şərəfli dövrlərdən birinə şahidlik edirik.
Möhtərəm Prezident, Sizin müasir dünyagörüşünüz və dövlətçilik təfəkkürünüz siyasi sistemdə də azad mühitin formalaşmasını şərtləndirib. Bu səbəbdəndir ki, ölkədə sağlam siyasi rəqabət şəraiti var, seçkilər azad və demokratik keçirilir, siyasi təsisatlar rahat şəkildə öz iradələrini ifadə edə bilirlər.
Cənab Prezident, Sizi bir daha ad gününüz münasibətilə ürəkdən təbrik edirik. Biz Sizinlə qürur duyuruq. Əminik ki, gözəl və güclü Azərbaycanımız Sizin kimi dəyərli, müdrik liderin rəhbərliyi altında hələ çox uğurlar və qalibiyyətlər qazanacaq.
Dərin hörmətlə,
Elşən Musayev
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri,
Milli Məclisin deputatı