Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovdan
24 dekabr 2021, 10:44
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident.
Sizi ad gününüz münasibətilə öz adımdan və partiya üzvlərinin adından səmimi-qəlbdən təbrik edirəm. Yaşınızın ən gözəl və müdriklik anına qədəm qoyursunuz. Belə bir yaş dövründə Siz Azərbaycan xalqına və dövlətçiliyinə daha layiqli namizədsiniz.
Siz uğurlu və şanslı insansınız ki, ulu öndər Heydər Əliyevin oğlu və layiqli davamçısısınız. Azərbaycan xalqının uğuru və şansı ondadır ki, Ulu Öndərimiz özündən sonra dövlətimizin müstəqilliyini, sərhədlərimizin bütövlüyünü, milli həmrəyliyimizi qoruyub saxlaya biləcək Sizin kimi bir varis qoyub.
Heydər Əliyev hakimiyyəti dövründə respublikanın qazandığı uğurların davamı və inkişafı məhz Sizin sayənizdə daha parlaq inkişaf zirvəsindədir. Azərbaycanın iqtisadi və siyasi həyatında, eləcə də ordu quruculuğunda Sizin hakimiyyətiniz dövründəki inkişaf həm qonşuluqda, həm də qonşuluqdan kənarda olan bəzi dövlətlərdə paxıllıq və ikrah hissi yaradıb.
Hörmətli İlham Heydər oğlu, Siz yeganə tarixi şəxsiyyətsiniz ki, 30 il işğal altında olan torpaqların güc yolu ilə qaytarılmasını, xalqın mənəvi qürurunun bərpa olunmasını təmin etdiniz və Azərbaycan tarixində tarix yazan sərkərdə oldunuz, türk dövlətlərinin ali ordeninə layiq görüldünüz. Qazanılan Zəfərin davamlı nəticələrinin əldə olunması yalnız Sizin sərkərdəliyiniz sayəsində mümkündür. Bu işdə Sizə uğurlar arzu edirəm. Bütün xalqın dəstəyi Sizinlədir.
Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.
Allah Sizi qorusun.
Hörmətlə,
Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri