logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevdən

Text size icon-size icon-size

24 dekabr 2021, 10:42

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan,

Müasir Azərbaycanın davamlı inkişaf və fıravanlaşma yolunda qazandığı nailiyyətlər Sizin dövlət başçısı olaraq yürütdüyünüz məqsədyönlü siyasətin nəticəsidir. Məhz Sizin müdrik, qətiyyətli, cəsarətli addımlarınız sayəsində Azərbaycan xalqı tərəfindən tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi yazılaraq, 28 illik Vətən həsrətinə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi.

Cənab Prezident, 60 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Ad gününüz mübarək!

Dərin hörmətlə,

Sabir Hacıyev

Vətəndaş Birliyi Partiyasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi