logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə

Text size icon-size icon-size

27 iyul 2012, 16:25

Hörmətli cənab Prezident,

Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Hindistan dostluğu və əməkdaşlığı, dövlətlərarası münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyul 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi