logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Milli Demokrat-İdrak Partiyasının sədri Osman Əfəndidən

Text size icon-size icon-size

23 dekabr 2021, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli Prezident.

Ömrünüzün altmışıncı ilində, bu əlamətdar yubiley günündə Sizi təbrik etməkdən fərəh duyuram. Hər insanın ömür tarixində bir zirvə məqamı olur. Tarixi şəxsiyyətlərdə isə bu məqam xalqın tarixi ilə uzlaşır. Fikrimcə, 60 illik həyatınızda bu tarixi zirvə məqamı Ali Baş Komandanlığınız altında torpaqlarımızın 30 illik işğalına son qoymağa şərəf və şücaətlə nail olmağınızdan ibarətdir.

Bu şərəf məqamı ilə Siz tarixi şəxsiyyət kimi xalqımızın tarixini də şərəfləndirdiniz.

Çox hörmətli Prezidentimiz, altmış illik yubileyiniz mübarək olsun.

Hörmətlə,

Osman Əfəndi

Milli Demokrat-İdrak Partiyasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi