Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Mursiyə
Text size
21 iyul 2012, 16:55
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyul 2012-ci il.