logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya

Text size icon-size icon-size

21 iyul 2012, 16:30

Hörmətli cənab Prezident, Kolorado ştatında baş vermiş faciə nəticəsində insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.

Bu kədərli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 iyul 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi