Aytən Əyyubova və başqalarından, Bakı, Azərbaycan
09 dekabr 2021, 17:33
Möhtərəm cənab Prezident.
Sizin və Mehriban xanım Əliyevanın Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyünüz işlərin dəyəri ölçüyəgəlməzdir. Xalq ədəbiyyatının görkəmli nümayəndələrinin daha da tanıdılması, onların xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlər də bu qəbildəndir. Aşıq Ələsgər və onun yaradıcılığı da bu diqqət sayəsində daha geniş təbliğ olunur. Böyük el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar imzaladığınız sərəncamlar bütün xalqımızda dərin rəğbət oyatmışdır.
Ustad aşığın 200 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, eyni zamanda, onun abidəsinin ucaldılması haqqında sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Əyyubova Aytən
Abdullayeva Gülnar
Cumşudov Allahverdi
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.