Çingiz Muradovdan, Cəlilabad, Azərbaycan
29 noyabr 2021, 11:58
Hörmətli cənab Prezident,
Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər Sizin mükəmməl sərkərdəlik bacarığınızın, dövlətimizin qüdrətinin, xalqımızın döyüş ruhunun və milli birliyinin təcəssümüdür. Siz xalqımızın Qarabağ arzusunu solmağa qoymadınız, tükənməkdə olan ümidlərini alovlandırdınız, “Qarabağ Azərbaycandır!” deyərək möhtəşəm Zəfərə yol açdınız. Həmçinin Qarabağı azad etməklə qəlbimizdə yeni arzular çiçəkləndirdiniz.
Əziz Prezidentimiz, müqəddəs Qarabağımızı işğaldan azad edərək Azərbaycan vətəndaşlarına sonsuz sevinc bəxş etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Hər zaman səsiniz ucadan gəlsin, Zəfəriniz daimi olsun.
Allah Sizi qorusun!
Hörmətlə,
Muradov Çingiz
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Qarakazımlı kəndi.