Oktay Məmmədzadədən, Gəncə, Azərbaycan
29 noyabr 2021, 17:15
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan günü-gündən inkişaf edir. Sizin rəhbərliyinizlə və şəhidlərimizin qanı, canı bahasına torpaqlarımız işğaldan azad olundu. Sizin qətiyyətiniz, möhkəm iradəniz və cəsarətiniz sayəsində xalqımızın çoxillik həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə Ulu Öndərimizin və Sizin uzun illər çəkdiyiniz zəhmətin, dönməz mübarizənin təntənəsinə çevrildi.
Cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, Vətən, xalq sevginiz hər kəs üçün nümunədir. Bu gün ulu öndərimiz Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu şaddır.
Həmçinin qeyd etmək istəyirəm ki, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının tüğyan elədiyi bir dövrdə ölkəmizin bu xəstəliyə qarşı apardığı uğurlu mübarizə də Sizin məqsədyönlü siyasətinizin bariz nümunəsidir. Azərbaycan xalqı Sizinlə fəxr edir.
Müzəffər Ali Baş Komandan, zirvələrə gedən yolda Sizə uğurlar arzu edirəm. Azərbaycan gənci olaraq hər zaman Sizin fəaliyyətinizi yaxından izləyirəm, Sizinlə fəxr edirəm.
Hörmətlə,
Məmmədzadə Oktay Yalçın oğlu
Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi
Azərbaycan Respublikası, Gəncə şəhəri.