logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsrafil Nuriyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

26 noyabr 2021, 17:47


Cənab Müzəffər Ali Baş Komandan!

Sizin “dəmir yumruğ”unuz 44 günlük Vətən müharibəsində düşmən üçün çox sarsıdıcı oldu və bütün dünyaya səs saldı. Azərbaycanın dilbər guşələri erməni faşistlərindən təmizləndi.

Möhtəşəm Zəfərdən cəmi bir il ötsə də, işğaldan azad edilmiş ərazilərdə illərə sıxacaq işlər görülmüşdür. Təkcə Füzuli Beynəlxalq Hava Limanının təqribən 8 aya ərsəyə gətirilməsi və artıq istifadəyə verilməsi möcüzə hesab edilir. Elə torpaqlarımızın azadlığa qovuşduğu kimi...

Bir sözlə Siz möcüzələri reallaşdırmaqda davam edirsiniz. Biz – Azərbaycan xalqı isə bütün bunları görməkdən və “möcüzələr diyarı”nda yaşamaqdan sonsuz qürur duyuruq.

Cənab Prezident, biz daim Sizinləyik. Xalqımıza Qələbə sevinci yaşatdığınız üçün çox sağ olun!

Hörmətlə,

Nuriyev İsrafil

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şabanlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi