logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pərviz Rəhimlidən, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

26 noyabr 2021, 17:00


Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusu ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etdi. Bununla da Ermənistan hakimiyyəti məğlubiyyətini etiraf etməyə məcbur oldu.

Sizin “Dəmir yumruğ”unuz düşmənin belini elə qırdı ki, onlar çətin bir daha özlərinə gəlsinlər. Torpaqlarımızın işğaldan azad olunması, Sizin həmin ərazilərə etdiyiniz səfərlər, orada həyata keçirilən bərpa və yenidənqurma işləri, həyata keçirilən layihələr bizi çox qürurlandırır.

Azərbaycan xalqı Sizin müdrik siyasətinizlə qürur duyur, fəxr edir.

Hörmətlə,

Rəhimli Pərviz Əfsər oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi