İlham Əliyev Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü, keçmiş müdafiə nazirini qəbul etmişdir
Text size
18 iyul 2012, 17:50
Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foksu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.