logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Text size icon-size icon-size

18 iyul 2012, 17:35

Prezident İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Bineli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən nəqliyyat, dənizçilik və kommunikasiya sahələrində uğurlu inkişafından məmnunluq ifadə olundu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının gedişi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi