Fəmail Rəhimovdan, Masallı, Azərbaycan
19 noyabr 2021, 16:35
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız işğaldan azad edildi. 30 il işğal altında olan torpaqlarımızın azad olunması Sizin uzaqgörən siyasətinizin nəticəsi oldu. Ulu öndərimizin layiqli davamçısı olaraq Siz tarix yazmaqda davam edirsiniz.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Sizə təqdim edilən Türk Dünyasının Ali Ordeni xalqımızın zəfər sevincini ikiqat artırdı.
Sizin siyasətinizi daim dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.
Sizə fəaliyyətinizdə yeni böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Fəmail Rəhimov
Azərbaycan Respublikası, Masallı rayonu, Rüdəkənar kəndi.