Sadiq Hüseynov və Şöhlət Əsədovdan, Ağcabədi, Azərbaycan
Text size
18 noyabr 2021, 16:00
Möhtərəm cənab Prezident,
2020-ci ildə xalqımız 44 günlük şanlı bir tarix yazdı. Uzun illər səbirlə bu günü gözləyən xalqımız öz Liderinin ətrafında birləşib azadlıq mübarizəsinə qalxdı.
“Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız bizi çox sevindirdi. Bu, türk dünyasının Sizin Vətən müharibəsindəki şanlı Qələbənizə verdiyi ən yüksək dəyər və ali mükafatdır.
Cənab Prezident, Sizi Zəfər Günü və ali mükafat münasibətilə təbrik edir, cansağlığı və uzun ömür arzulayırıq.
Hörmətlə,
Hüseynov Sadiq,
Əsədov Şöhlət.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şahsevən kəndi.