Şəkur Bağırov və Seyfəddin Əliyevdən, Masallı, Azərbaycan
Text size
16 noyabr 2021, 19:30
Möhtərəm cənab Prezident.
Sizə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsi bizi çox sevindirdi. Bu mükafat bir daha sübut etdi ki, bütün türk dünyası Sizin xidmətlərinizi yüksək dəyərləndirir.
Sizin uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycan xalqı tariximizin ən gözəl günlərini yaşadı.
Biz Sizinlə fəxr edir və qurur duyuruq. Yaxşı ki, Sizin kimi müdrik rəhbərimiz var. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik.
Qarabağ Azərbaycandır!
Bağırov Şəkur
Əliyev Seyfəddin.
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.