Elnur Həsənovdan, Gəncə, Azərbaycan


13 noyabr 2021, 14:47
Möhtərəm cənab Prezident.
Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi irsin Sizin tərəfinizdən müdrikcəsinə davam və inkişaf etdirilməsi sayəsində vətənpərvər, sağlam əqidəli gənc nəsil yetişir. Məhz Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə formalaşan gənc nəslin nümayəndələri 44 günlük Vətən müharibəsində misilsiz şücaət, qəhrəmanlıq göstərərək doğma torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etdilər.
Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının bütün üzvləri kimi, biz gənclər də Vətən müharibəsi dövründə cəbhədə döyüşən həmyaşıdlarımıza dəstək olmaq üçün, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində var qüvvəmizlə çalışdıq. Biz qürurla qeyd edirik ki, daim Sizin yanınızdayıq.
Gənclər olaraq, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Müdrikliyiniz və qətiyyətiniz sayəsində əldə edilən Zəfərimiz mübarək olsun.
Qarabağ Azərbaycandır!
Yaşasın müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev.
Hörmətlə,
Həsənov Elnur Lətif oğlu
YAP Gəncə şəhər Təşkilatının sədr müavini, Gənclər üçün Prezident mükafatçısı
Azərbaycan Respublikası, Gəncə şəhəri.