Rəşad İsmayılovdan, Sabirabad, Azərbaycan
13 noyabr 2021, 14:20
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda hamı Sizin ətrafınızda dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi.
Hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizə işğalda olan torpaqlarımızın azad olunmasına görə minnətdaram.
Sizi və ailə üzvlərinizi Zəfər Günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və səmərəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Allah Sizi və ailənizi qorusun.
Yaşasın müstəqil Azərbaycan!
Hörmətlə,
İsmayılov Rəşad Zakir oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu.