Fikrət Quliyevdən, Bakı, Azərbaycan
Text size


12 noyabr 2021, 14:10
Möhtərəm cənab Prezident,
İşğal altında olmuş torpaqlarımızın azadlığı gününü Azərbaycan xalqına qismət etdiniz. Mən bir gənc olaraq buna çox sevinirəm. 44 günlük müharibə Azərbaycanı dünyaya qüdrətli ölkə kimi tanıtdı. Siz həm də siyasi müstəvidə gedən müharibənin qalibi oldunuz. Mən fəxr edirəm ki, Sizin Lideri olduğunuz xalqın nümayəndəsiyəm və bu ölkədə yaşayıram. Mən fəxr edirəm ki, Qələbə əldə etmiş ölkənin vətəndaşıyam.
Zəfər Günü münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edirəm. Ulu Tanrı Sizə və ailənizə hər zaman yar olsun!
Hörmətlə,
Quliyev Fikrət
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi.